Modern.az

Risk qrupundan olan uşaqlara qrip peyvəndi VURULMALIDI

Risk qrupundan olan uşaqlara qrip peyvəndi VURULMALIDI

Aktual

18 Yanvar 2022, 11:43

“Əgər bədən istiliyi 38 °C-dən yüksək deyilsə, hərarəti endirmək tövsiyə edilmir”.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Hüseyn Qabulov açıqlayıb.

 

Onun sözlərinə görə, çox yüksək olmayan qızdırmada da vəziyyəti pisləşən uşaqlar istisnadır:

 

“Məsələn, əgər uşağınız daha əvvəl qızdırma ilə bağlı qıcolma keçiribsə, temperaturun bir qədər artması ilə özünü pis hiss edir və ya körpənin xroniki, anadangəlmə və ya qazanılmış xəstəliyi olduğu təqdirdə (ürək xəstəlikləri, sinir sistemi xəstəlikləri və s.) həkimlə məsləhətləşərək, 38 dərəcəyə çatmasını gözləmədən dərhal uşağın temperaturunu normal dəyərlərə endirməyə çalışmaq lazımdır”.

 

H.Qabulov qeyd edib ki, əgər uşağın hərarəti 38 °C-dən yuxarı qalxarsa, həkimə müraciət etməzdən əvvəl ona qızdırmasalıcı dərmanlar vermək tövsiyə olunur:

 

“Yaxşı ilkin nəticə körpənin qızdırmasının bir qədər azalması, onun əhvalının və iştahının yaxşılaşmasıdır. Qızdırmasalıcı bir dərman seçməzdən əvvəl həkimə müraciət etmək vacibdir. Onların hər biri müəyyən şərtlərdə daha təsirli olur. Hər bir vəziyyətdə onlardan hansının uşaq üçün məqbul olacağını həkim izah edəcək”.

 

Mütəxəssis-ekspert bildirib ki, risk qrupunda olan uşaqlara (ürək çatışmazlığı, şəkərli diabet, immun sistemi çatışmazlığı, xroniki ağciyər xəstəliyi olan uşaqlar) qrip peyvəndi vurulması tövsiyə olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?