Qalın qar örtüyünü təmizləyərək, şagirdlərə yol açan məktəb direktorunun videosu sosial şəbəkələrdə ən çox izlənənlərdən olub.
Modern.az xəbər verir ki, videogörüntülər Naxçıvanın Şərur rayon Havuş kəndində çəkilib.
Dəniz səviyyəsindən 2 min metr yüksəkdə yerləşən kəndin tam orta məktəbinin direktoru Mehman Həsənov qarlı havada məktəb yolunu təmizləyərək şagirdlər üçün cığır açır.
Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən böyük təqdirlə qarşılanıb.