Modern.az

Fərdi sahibkarların sayı 1 milyonu ötdü

Fərdi sahibkarların sayı 1 milyonu ötdü

Aktual

18 Yanvar 2022, 15:29

2022-ci il yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 168 mini keçib.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, iri sahibkarlıq subyektlərinin 72,5 faizi Bakıdadır.

 

 6,9 faizi Abşeron-Xızı, 4,3 faizi Gəncə-Daşkəsən, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb.  

 

Hesabat dövründə hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib.

 

Qeyd edək ki, sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (27,9%), Lənkəran-Astara (10,0%), Qazax-Tovuz (7,5%) və Mərkəzi Aran (6,9%) iqtisadi rayonlarında qeydiyyata alınıb.

 

Fərdi sahibkarların 78,6 faizini kişilər, 21,4 faizini isə qadınlar təşkil edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?