Əhalinin banklardakı əmanətləri 2021-ci ilin noyabr ayı ərzində 164,3 milyon manat artaraq dekabrın 1-i vəziyyətinə milli valyuta ekvivalentində 9051,7 milyon manat təşkil edib.
Mərkəzi Bankdan Modern.az-a verilən xəbərə görə, əmanətlərin 58,1 faizi milli, 41,9 faizi isə xarici valyutada qoyulub.
Bundan əlavə, dekabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 Avroya 1,92 (2,01) manata, 100 Türk lirəsinə 12,74 (19,79) manata, 100 Rus rubluna 2,30 (2,31) manata bərabər olub.