Modern.az

\"Zəfər\" Amnistiyası tətbiq edilənlərin son SAYI

\

18 Yanvar 2022, 16:31

Yanvarın 18-nə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri tərəfindən "8 Noyabr -Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında" Milli Məclisin 5 noyabr 2021-ci il tarixli Qərarı 9263 nəfərə tətbiq edilib.

 

Bu barədə Ədliyyə Nazirliyindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, onlardan 4022-si Penitensiar, 5235-i Probasiya xidmətləri tərəfindən tətbiq edilib.

 

Həmçinin, amnistiyanın tətbiqi nəticəsində 7529 nəfər ayrı-ayrı cəzalardan azad edilib, 1728 nəfərin isə cəzası azaldılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu