Modern.az

Qarabağda təbiət qoruqları bərpa olunur

Qarabağda təbiət qoruqları bərpa olunur

18 Yanvar 2022, 16:35

“Qarabağ və Şərqi Zəngəzur bölgəsində iki dövlət təbiət qoruğu və yasaqlığı fəaliyyət göstərir”.

 

Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Facebook səhifəsində yayımlanan "Ekspert saatı"nda Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.

 

Arzu Səmədova bildirib ki, 30 ilə yaxın işğal müddətində Qaragöl və Bəsitçay Dövlət Təbiət Qoruqlarının ərazisi talan olunub:

 

“Prezident İlham Əliyevin bununla bağlı sərəncamına əsasən, bu təbiət qoruqlarının bərpasına başlanılıb, işlər davam etdirilir”.

 

Nazirlik rəsmisi vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə yeni təbiət qoruqlarının nə vaxt yaradılacağı və nə qədər ərazini əhatə edəcəyini indidən söyləmək çətindir:

 

“Bununla bağlı işlərə başlanması üçün minalardan təmizlənmə işlərinin yekunlaşması və ekoloji monitorinqlərin aparılması vacibdir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI