Niderlandın Veyk-An-Zee şəhərində şahmatçıların “Tata Stil Çes” superturniri davam edir.
Modern.az xəbər verir ki, qrossmeysterimiz Şəhriyar Məmmədyarov 3-cü turda qara fiqurlarla niderlandlı Aniş Giri ilə görüşüb. Qarşılaşma 21-ci gedişdə heç-heçəylə başa çatıb.
Şahmatçımızın hesabında hələlik 1 xal yarım var.
Qeyd ki, Məmmədyarov 1-ci turda rusiyalı Daniil Dubov, 2-ci turda Andrey Yesipenko ilə xalı yarı bölmüşdü. Təmsilçimiz 4-cü turda polşalı Yan Kşiştof Duda ilə üz-üzə gələcək.