Modern.az

Elçin Quliyev əsgərlərlə nahar etdi - FOTOLAR

Elçin Quliyev əsgərlərlə nahar etdi - FOTOLAR

19 Yanvar 2022, 10:50

Yanvarın 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının yeni qərargah bina­sı istifadəyə verilib.

 

Bu barədə Modern.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, bununla əlaqədar təşkil olunmuş mərasimdə yeni qərargah binasının açılışa hazır olması barədə Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədov Dövlət Sərhəd Xidmətinin rəisinə məruzə edib. General-polkovnik Elçin Quliyev əlamətdar tədbir münasibətilə şəxsi heyəti təbrik edib.

 

Tədbirdə çıxış edənlər Azərbaycan Respublika­sının Prezidenti Silahlı Qüv­və­lərin Müzəffər Ali Baş Komandanı cənab İlham Əli­yevin tapşırığına uyğun olaraqazad edilmiş ərazilərimizdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasını, hərbi qulluqçu­ların xidməti şəraitinin və sosial təminatının yaxşılaş­dırılması üzrə ardıcıl tədbir­lərin həyata keçiril­diyini qeyd etmiş, ötən il ərzində Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayon­larının ərazisində 19 yeni hərbi hissənin, 100-dən artıq sərhəd-döyüş məntəqəsinin xidməti-döyüş fəaliyyətinə başla­masını bildiriblər.

 

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Mü­zəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ötən il ərzində işğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin 4 yeni hərbi hissəsinə gəlişinin sərhəd mühafizəsi məsələ­lərinə göstərilən ali etimadın və dövləti qayğının növbəti ifadəsi olduğu, sərhədçiləri xidməti uğurlara ruhlandırdığı xüsusi vurğu­lanıb.

 

Vətən müharibəsində döyüş tapşırıqlarını uğur­la icra edərək qəhrəmanlıq sal­namələri yazmış sərhədçilərin bu gün də düşmən tapda­ğından azad olunmuş müqəd­dəs sərhədlərimzin toxunulmazlığının təmin edil­məsi vəzifəsini şərəflə yerinə yetirdikləri qeyd olunub.

 

Açılış mərasiminin rəmzi lenti kəsildikdən sonra qərargah binasında yaradılmış şəraitə baxış keçirilmişdir. Burada şəxsi heyətin yüksək səviyyədə xidmət aparmaları üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları, konfrans zalı, növbətçi otaq mövcuddur. Bina daimi su və elektrik enerjisi, istilik sistemi ilə təchiz olunmuşdur. Ərazidə abadlıq iş­ləri aparılıb, asfalt örtüyü salınıb, ağaclar əkilib.

 

İnzibati binanın qarşısında ucaldılmış Dövlət Sərhəd Xidmətinin Vətən Müha­ribəsində həlak olmuş hərbi qulluqçularının xatirəsinə həsr olunmuş abidə qarşısına güllər düzülüb.

 

Tədbir çərçivəsində Dövlət Sərhəd Xidmətinin sıralarında Vətən müharibəsində iştirak edərək şücaət göstə­rmiş, hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Res­publikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qul­luq­çularının Azərbay­can Res­pub­likasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı cənab İlham Əliyev tərəfindən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayon­larının azad olunmasında fərqləndiklərinə görə təltif edil­miş medalları təqdim olunub.

 

Tərxis edilən hərbi qulluqçuların təntənəli yola salınması təşkil edilib, onlarla xati­rə fotoşəkilləri çəkilib və şəxsi heyət DSX-nin hərbi orkestrinin ifasında “Cəngi” mu­si­qisinin sədaları altında xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə yola salın­­ıblar.

 

 

Elçin Quliyev Qubadlıda yeni qərargah bina­sının açılışında- FOTOLARElçin Quliyev Qubadlıda yeni qərargah bina­sının açılışında- FOTOLARElçin Quliyev Qubadlıda yeni qərargah bina­sının açılışında- FOTOLARElçin Quliyev Qubadlıda yeni qərargah bina­sının açılışında- FOTOLARElçin Quliyev Qubadlıda yeni qərargah bina­sının açılışında- FOTOLARElçin Quliyev Qubadlıda yeni qərargah bina­sının açılışında- FOTOLARElçin Quliyev Qubadlıda yeni qərargah bina­sının açılışında- FOTOLARElçin Quliyev Qubadlıda yeni qərargah bina­sının açılışında- FOTOLARElçin Quliyev Qubadlıda yeni qərargah bina­sının açılışında- FOTOLARElçin Quliyev Qubadlıda yeni qərargah bina­sının açılışında- FOTOLAR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi