Sabah saat 12:00-da metropolitenin “20 Yanvar” stansiyasında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Bu barədə Modern.az-a "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama verib.
Onun sözlərinə görə, sabah qatarlardan fit veriləcək.
"Səhər saat 9:00-dan başlamaqla, o gecə iş başında olmuş və hazırda metropolitendə çalışan 3 maşinist də stansiyada olacaq".