Modern.az

Vaxtından əvvəl doğulanlar anemiyalı olur

Vaxtından əvvəl doğulanlar anemiyalı olur

Aktual

19 Yanvar 2022, 15:05

“Qan azlığı hər yaşa görə fərqli olur. Bunun yaranmasına səbəb qan itkisi, bədəndə əmələ gəlməsinin azalması və ən əsası var olan hüceyrənin normadan tez bir vaxtda parçalanmasıdır”.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov məlumat verib.

 

Onun sözlərinə görə, vaxtından əvvəl və az çəki ilə doğulan uşaqlarda daha çox anemiyaya rast gəlinir:

 

“Vaxtından əvvəl doğulan körpələr ana bətnində az vaxt keçirdiklərindən onlarda dəmir deposu yetərli olmur. Reanimasiyada olan körpələrdə qan azlığı daha çox müşahidə olunur. Normal çəki ilə doğulmuş uşaqlarda da qan azlığı qeydə alınır. Hemoqlabini fərqli olan uşaqlar fizioloji anemiya qarşılaşırlar.

 

Yeniyetmələrdə isə sürətli böyümə zamanı qan azlığı ilə  tez-tez qarşılaşırıq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?