Azərbaycanda qan azlığından əziyyət çəkən uşaqların sayı açıqlanıb.
Modern.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin Ana və uşaq sektorunun məsləhətçisi Aynurə Zeynalova ölkədə ötən il üçün ilk dəfə anemiyadan əziyyət çəkən 0-13 yaş arasında 21 986 nəfərin dispanser qeydiyyatına alındığını deyib.
Onun sözlərinə görə, bu göstərici 2020-ci illə müqayisədə artıb:
“Həmin ildə qeydiyyata alınanların sayı 20 mindən az olub”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə dünya əhalisinin 30 %-i, məktəbəqədər uşaqların isə 40 %-i anemiyadan əziyyət çəkir.