Modern.az

Uşaqlara vitamin vermək dəb olub - Pediatrdan ETİRAZ

Uşaqlara vitamin vermək dəb olub - Pediatrdan ETİRAZ

Aktual

19 Yanvar 2022, 15:28

“Valideynlər çox vaxt  həkim məsləhəti olmadan övladlarına vitamin verirlər. İnsanlar arasında uşaqlara kalsium verilməsi dəb halını alıb”.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov bildirib.

 

Onun sözlərinə görə, qan analizlərinin nəticələri olmadan uşağa adi vitamin verilməsi məsləhət deyil:

 

“Bir dərmanın faydalı olması üçün onun bədəndən sovrulması da mütləqdir. B12 çatışmazlığı zamanı bir çox insanlarda dərman sovrulması alınmır. Biz bunu iynə vasitəsilə edirik. Ona görə həkim yoxlanışı olmadan dərman qəbulu yolverilməzdir”.


E.Rəhimov bildirib ki, qan azlığı ilə bağlı həkimə müraciət edənlərin əksəriyyəti qurd fobiyasından ehtiyat edirlər:

 

“Qan azlığına səbəb olacaq qurd sayı çox deyil. Bildiyimiz qurd növləri qan azlığına səbəb olmur. Əgər pasiyentdə qan sovuran qurd təsdiqlənibsə, bunu müalicə etmək lazımdır. Adətən belə müalicə üsulu elə də çətin olmur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır