Modern.az

Komitə məktəbli qızın qaçırılması ilə bağlı araşdırma APARIR

Komitə məktəbli qızın qaçırılması ilə bağlı araşdırma APARIR

Aktual

19 Yanvar 2022, 16:26

Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsi Tərtər rayonunda məktəbli qızın qaçırılması ilə bağlı məlumat yayıb.

 

Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Modern.az-a bildirib ki, rayonun Evoğlu kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədovanın Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılması ilə bağlı yanvarın 19-da quruma məlumat daxil olub.

 

Onun sözlərinə görə, Dövlət Komitəsi dərhal faktın araşdırılmasına başlayıb.

 

O bildirib ki, bununla bağlı Dövlət Komitəsi tərəfindən Tərtər və Ağdam rayon icra hakimiyyətlərində fəaliyyət göstərən "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya"ya məktubla müraciət edilib.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu