Modern.az

5-11 yaş arası uşaqlar da peyvənd olunacaq

5-11 yaş arası uşaqlar da peyvənd olunacaq

Aktual

21 Yanvar 2022, 10:23

Yaponiya Səhiyyə Nazirliyi 5-11 yaş arası uşaqların koronavirusa qarşı “Pfizer” peyvəndi olunması təsdiqləyib.

 

Modern.az xarici KİV-lərə istinadən bildirir ki, sözügedən peyvənd hazırda 12 və daha yuxarı yaşda olanlara tətbiq olunur.

 

Mart ayından etibarən 5-11 yaş aralığına tətbiq edilməyə başlanacaq peyvəndin ilk mərhələdə 8 milyon uşağı əhatə edəcəyi bildirib.

 

Qeyd edək ki, “Pfizer” 2021-ci ilin noyabrında Yaponiyada 5-11 yaşlı uşaqlar üçün peyvənd icazəsi üçün müraciət etmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU