Modern.az

“Müharibə itkisiz, ağrısız olmur” - Qazi kapitan

“Müharibə itkisiz, ağrısız olmur” - Qazi kapitan

Aktual

21 Yanvar 2022, 12:10

“Mən bir Xüsusi Təyinatlı mənsubuyam. 44 günlük döyüşlərdə xüsusilə fərqlənən xüsusi təyinatlılar bunun üçün illərlə böyük fədakarlıqlar göstərmiş, işinə, xidmətə məsuliyyətlə yanaşmış və vicdanla çalışmışlar”.

 


Modern.az xəbər verir ki, bu sözləri “Zefer.az” saytının təqdimat mərasimində çıxışı zamanı xüsusi təyinatlı qüvvələrin kapitanı, Vətən Müharibəsi qazisi Vasif Dilavərzadə deyib.

 

Onun sözlərinə görə, müharibə itkisiz, ağrısız, zəhmətsiz olmur:


“İkinci Qarabağ müharibəsində bütün dünya Azərbaycan xalqının əzmini, ordumuzun döyüş qabiliyyətini gördü, vətənpərvər azərbaycanlıların milli birliyinin, öz Ali Baş Komandanını dəstəklədiyinin, onun ətrafında sıx birləşdiyinin şahidi oldu”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi