Modern.az

Akar generallarla birgə İraq sərhədində - FOTO

Akar generallarla birgə İraq sərhədində - FOTO

21 Yanvar 2022, 14:46

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Silahlı Qüvvələrin komandanlığı ilə birlikdə İraqla sərhəd xəttinə səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd edilib ki, Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı ordu generalı Musa Avsevər, Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Hasan Küçükakyüzlə birlikdə Şırnaka gedib.

 

Nazir və komandalıq sərhəddəki vəziyyətlə tanış olub, sərhəd xəttindəki komandirlərlə toplantı keçirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər