Modern.az

CYeni Zelandiyada \"Omikron\" həyəcanı

CYeni Zelandiyada \

23 Yanvar 2022, 08:58

Yeni Zelandiya ölkə daxilində koronavirusun “Omicron” ştamına 12 yoluxma halının aşkar olunması ilə əlaqədar maksimum həyəcan səviyyəsi elan edib.


Modern.az xəbər verir ki, bu barədə Baş nazir Casinda Ardernin yanvarın 23-də hökumət saytında yerləşdirilən bəyanatında elan edilib.


“Yeni Zelandiya yanvarın 23-də saat 23:59 dəqiqədə qırmızı rejimə keçəcək. Biz bilirik ki, Şimal və Cənub adalarında artıq yoluxma halları qeydə alınıb və bir neçə aviareysdə də yoluxma aşkar edilib”, - deyə Baş nazirin bəyanatında bildirilir.

 

Sənəddə qeyd edilir ki, yeni ştama yoluxmuş iki nəfərin kütləvi tədbirə qatıldığı və nəticədə virusun ölkə əhalisinin əksəriyyətinə ötürülməsinə şərait yaratdığı məlumdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi