Modern.az

Sivasda 30 dərəcə şaxta qeydə alınıb

Sivasda 30 dərəcə şaxta qeydə alınıb

25 Yanvar 2022, 15:43

Türkiyənin Sivas vilayətində günün ən aşağı temperaturu qeydə alınıb.

 

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumat ölkənin Dövlət Meteorologiya İdarəsinin rəsmi saytında yer alıb.

 

Məlumata əsasən, bu günün ən aşağı temperaturu - 30,9 dərəcə, Sivas vilayətinin Göbekören kəndində qeydə alınıb. İkinci ən aşağı temperaturu - 29,6 dərəcə Bolu vilayətinin Samat kəndində müşahidə olunub.

 

Xatırladaq ki, 2022-ci ildə ən aşağı temperatur Vanın Çaldıran rayonu ərazisində qeydə alınıb. Temperatur dünən  - 27,1 dərəcə, yanvarın 22-də isə -33,5 dərəcə olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi