"Benden ne olur?" - Türkiyə istehsalı olan yeni filmin qala-gecəsi Bakıda "Park cinema" kinoteatrında "baş tutub. Tədbirdə filmdə rol alan Hazal Kaya, Enis Arıkan, Selin Şekerci iştirak ediblər.
Filmdə baş qəhrəman Sertap Balın başına müxtəlif hadisələr gəlir. Bu obrazı "Aşk-ı-memnu", "Adını Feraha koydum", "Bizim hikaye" və digər seriallardan Azərbaycan tamaşaçısına da yaxşı tanış olan Hazal Kaya ifa edir.
Rejissoru Murat Şenöy olan romantik komediyanın Bakıda keçirilən qala-gecəsində iştirak etmək üçün ölkəmizə gələn aktrisa jurnalistlərin suallarını da cavablandırıb. Hazal Kaya jurnalistlərə açıqlamasında çox xoşbəxt və həyəcanlı olduğunu deyib: "Çox həyəcanlıyıq, görək filmimiz tamaşaçılar tərəfindən necə qarşılanacaq".
“Park Cinema Flame Towers”də baş tutan qala-gecədə filmin digər aktyor heyəti - Enis Arıkan və Selin Şekerçi, eləcə də, ssenari müəlliflərindən biri Aslı Kızmaz də iştirak edib.
Onlar Bakını, xüsusən də yeməklərimizi çox bəyəndiklərini bildiriblər.
Filmin digər qəhrəmanı - Soner Güler obrazını ifa edən tanınmış aktyor Onur Tunanın Bakıda keçirilən qala-gecəyə qatılmamasının səbəbinə gəlincə, onun hazırda Türkiyədə seriala çəkildiyi bildirilib.