İstanbula yağan güclü qar yüzlərlə insanın yolda qalmasına səbəb olub.
Modern.az xəbər verir ki, bir çox minik avtomobilləri, mikroavtobus və yük maşınları yolda hərəkətsiz qalıb, vətəndaşlar şaxtalı havada yolda gözləməli olublar.
Məlumata görə, bəzi sürücülər 33 saat yolda qalıblar. Nəqliyyat vasitələrinin sıxlığı səbəbindən tuneldə uzun növbələr yaranıb.