İstanbul Hava Limanında davam edən qarla mübarizə tədbirləri nəticəsində bütün uçuş-enmə zolaqlarının uçuşlara açıldığı və bu gün 755 reys gözlənildiyi açıqlanıb.
Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, güclü qar səbəbindən bütün uçuşların dayandırıldığı İstanbul Hava Limanında mərhələli şəkildə başlayan uçuşlar bu gün də artırılıb.
İstanbul Hava Limanı operatoru İGA, bütün uçuş-enmə zolaqlarında qar təmizləmə işlərinin tamamlanaraq xidmətə verildiyini açıqlayıb. Uçuş zolağının açılması ilə bu gün cəmi 755 səfər planlaşdırılır.