Modern.az

“Muğanbank” ASC-dən Yeni il təbrikləri!

“Muğanbank” ASC-dən Yeni il təbrikləri!

30 Dekabr 2012, 17:19


“Muğanbank” ASC kollektivi xalqımızı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir.

- Hörmətli dostlar, tərəfdaşlar, “Muğanbank” ASC-ni sevən, ona hörmət edən və onun ənənələrinə sadiq olan hər kəs, qoy Yeni il sizə müvəffəqiyyət, əmin-amanlıq, maraqlı biliklər, dəyərli təcrübə, qəlbinizə  və hisslərinizə gənclik təravəti gətirsin.

2012-ci il “Muğanbank” ASC üçün əlamətdar il kimi yadda qaldı. Bankın yola salmağa hazırlaşdığımız  ildə 20 yaşı tamam oldu.

Bəzi filosofların  “Əvvəli və sonu olmayan nəyisə necə ölçmək mümkündür?” kimi ritorik sual verib zaman məfhumunun nisbi olduğunu vurğulamalarına baxmayaraq, biz, zaman anlayışından çıxış edərək yeni ilin və ötən ilin hazırkı əlamətdar sərhədində  nailiyyətlərimizə əminlikə boylanıb baxa bilərik.

“Muğanbank” ASC-nin kollektivi bankımızın  ötən ildə qazandığı uğurlarla qürur duyur. Biz,  həmçinin, ölkəmizin uğurlarına və inkişafına sevinir, tərəfdaş və müştərilərimizə  plan və ümidlərinin həyata keçməsində kömək etməyə şadıq.  Bank hər kəsin etimadını yüksək qiymətləndirir, qarşılıqlı əməkdaşlığa böyük dəyər verir. 

“Muğanbank” ASC uzun illərdir şüarına sadiq qalır – fərdi müştərilər üçün “onların özününkü” olmaq, korporativ müştərilərin gözündə nüfuzlu simaya malik olmaq, dövlətə dayaq və dəstək olmaq, beynəlxalq səviyyədə tanınmaq.

Sizə və yaxınlarınıza müvəffəqiyyət, can sağlığı,  hər birinizin evində hər zaman sevgi, mehribanlıq və firavanlığın olmasını arzu edirik. “Muğanbank ASC” hər zaman sizinlədir.

Əziz dostlar, qoy yeni ildə bütün arzularınız həyata keçsin!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum