Türkiyənin Artvin vilayətindən Azərbaycana ixrac olunmuş 64 ton təzə bibər bitki mənşəli xəstəlik aşkar edilməsi səbəbilə geri qaytarılıb.
Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Azərbaycan tərəfi Artvin vilayətinin Kənd Təsərrüfatı və Meşə Müdirliyinin verdiyi fitosanitar sertifikatı qəbul etməyib və qarşı tərəfi bununla bağlı məlumatlandırıb.
Bundan sonra Türkiyədən Azərbaycana bibər, eləcə də pomidor, badımcan, toxum, ting və meyvə yeni şərtlərlə ixrac olunacaq. İxracatçı şirkət bunun üçün ayrıca sağlamlıq sertifikatı təqdim etməlidir.
Qeyd edək ki, Azərbaycana ixrac olunacaq meyə-tərəvəz tamamilə analiz edilməlidir. Bundan əvvəl isə yalnız bir neçə yük maşınında olan məhsullardan nümunələr götürülərək təhlil edilirdi.