Türkiyənin Bingöl vilayətinin Yayladərə rayonunda 4,7 bal gücündə zəlzələ olub.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə olunması Agentliyi məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 03:49-da baş verib. Zəlzələnin ocağı yerin 7 km dərinliyində qeydə alınıb.
Zərərçəkmişlərin olması və dağıntılar barədə məlumat verilməyib.