Yunanıstanın xizək və alpinizm üzrə dünya şöhrətli çempionu, 21 yaşlı Teofanis Hermes Teocharopulos iki gün əvvəl dağda yoxa çıxıb. Gənc xizəkçinin cəsədini 36 saat sonra özü kimi məşhur xizəkçi Oolan atası tapıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yunanıstanın Tzoumerka şəhərində yaşayan xizək və alpinizm çempionu, bədən tərbiyəsi müəllimi və xizək kurortunun meneceri Theofanis Hermes Theocharopulos iki gün əvvəl atası Giannis Theocharopulos ilə birlikdə 2800 metr hündürlüyündə olan Kataraktis dağına çıxıblar.
Bir müddət sonra oğlunun itdiyini görən ata Giannis Theocharopulos axtarış-xilasetmə və sağlamlıq qruplarından kömək istəyib.
Qeyd edək ki, gənc xizəkçinin cəsədini atası Giannis Theocharopulos 300 metr dərinlikdəki qayalığın dibində tapıb.