Modern.az

Deputat: “Qadın mollaların əksəriyyəti cahildir”

Deputat: “Qadın mollaların əksəriyyəti cahildir”

1 Fevral 2022, 13:37

Deputat Məlahət İbrahimqızı qadın mollalarla bağlı spikerə müraciət edib.

 

Modern.az xəbər verir ki, deputat bu barədə Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı çıxış edib.

 

“Qadın mollaların əksəriyyəti cahil vəziyyətdədir. Onların yas məclislərində hər şeydən – şeirdən, müxtəlif əhvalatlardan danışdığını görürük. Amma onlar Qurandan, hədisdən heç nə anlatmırlar. Mən xahiş edirəm ki, bunun qanunla tənzimlənməsinə dəstək verəsiniz”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir