Modern.az

Pekin-2022-nin açılış mərasimi başlayıb

Pekin-2022-nin açılış mərasimi başlayıb

Aktual

4 Fevral 2022, 16:09

Pekin-2022 Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.

 

Modern.az xəbər verir ki, Pekin Milli Stadionunda təşkil olunan tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürüb.

 

Mərasimə şef de-mission Anar Bağırovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də qatılıb. Paradda Dövlət bayrağını fiqurlu konkisürən Vladimir Litvintsev daşıyacaq. Azərbaycan heyəti paraddan 42-ci keçəcək.

 

Çin olimpiadanın rəsmən açıq elan olunması ilə birlikdə Yay (2008) və Qış Olimpiya Oyunlarına ev sahibliyi etmiş ölkə kimi tarixə düşüb.

 

Oyunlarda 91 ölkədən ümumilikdə 3000-dək idmançı qüvvəsini sınayır. Yarışda 15 idman növü üzrə 109 dəst medal sahibini tapacaq. "Tonq Ksin" ("Hamı bir nəfər kimi birlikdə") adlanan medalların bir üzündə Çin harmoniya fəlsəfəsini təcəssüm etdirən beş halqa və Pekin-2022-nin loqosu, digər tərəfində isə Olimpiya halqalarının təsviri əks olunub.

 

Koronavirus pandemiyası ilə əlaqədar Oyunları yalnız Çin vətəndaşları izləyə biləcəklər. Əcnəbi azarkeşlər isə yarışa buraxılmayacaqlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi