Beyləqanda baş vermiş yol qəzasında xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.
Modern.az xəbər verir ki, yaralılar Ağcabədi rayon sakinləri 46 yaşlı Səfərov Səfər Rafail oğlu, 42 yaşlı Babayev Ramil Kərim oğlu, Ağdam rayon sakini 53 yaşlı Mehtiyev Əvəz Səfər oğlu və 42 yaşlı Beyləqan rayon sakini Camalov Ceyhun Əsgər oğludur.
***
Beyləqanda üç avtomobilin iştirakilə yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə Aran qəsəbəsi - Bəhramtəpə magistral yolunun rayonun Eyvazalılar kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "ZİL" markalı yük maşını "NİVA" və "OKA" markalı minik avtomobilləri ilə toqquşub. Zərbənin təsirindən yük və "NİVA" yol kənarındakı su kanalına aşıb.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.