Modern.az

Sosial Tədqiqatlar Mərkəzinin yaradılmasından 3 il ötür

Sosial Tədqiqatlar Mərkəzinin yaradılmasından 3 il ötür

Aktual

8 Fevral 2022, 11:34

Sosial Tədqiqatlar Mərkəzinin (STM) qurulmasından 3 il ötür.

 

Modern.az xəbər verir ki, mərkəz Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2019-ci il tarixli 525 nömrəli Fərmanı ilə yaradılıb.

 

2019-cu ildən etibarən ölkə başçısının islahatlar strategiyasında müşahidə edilən yeni tendensiyalardan biri məhz dövlət idarəçiliyinə çağdaş perspektivdən baxış və bu istiqamətdə tamamlayıcı qərarların verilməsidir. Belə qərarlardan biri, heç şübhəsiz, dövlət idarəçiliyində beyin mərkəzlərinin rolunun artırılması, bu istiqamətdə müxtəlif təyinatlı publik hüquqi şəxs statuslu tədqiqat mərkəzlərinin, xüsusilə ictimai rəy institutunun təsis edilməsidir.

 

Beləliklə, dövlət başçısının başlatdığı islahatlar tendensiyasının fonunda ölkədəki dəyişiklikləri təhlil edən, yeni reallıqların hesabatını aparacaq rəy dövlətini yaradacaq bir qurumun, gələcəkdə həm dövlət idarəetməsində, həm də dövlət-vətəndaş müasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsində körpü rolunu oynayacaq beyin mərkəzinin - Sosial Tədqiqatlar Mərkəzinin yaradılması bu zərurətdən doğmuşdu.

 

Mərkəz Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 525 nömrəli Fərmanı ilə yaradıldı.

 

STM “Rəyiniz işimizdir!” devizi altında üç illik fəaliyyəti dövründə Nizamnamədən irəli gələn vəzifələrin icrası istiqamətində kifayət qədər ciddi işlər ortaya qoymağa çalışıb. Ölkə maraqlarını özündə əks etdirən müxtəlif xarakterli münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edib, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirib, dəyişiklikləri proqnozlaşdırıb, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdırıb, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikri öyrənərək və sosial tədqiqatların aparılmasını təmin edərək, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edib. Bundan başqa, ictimai əhəmiyyət kəsb edən müxtəlif mövzularda ictimai dinləmələr, debatlar keçirmək, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək, geniş müzakirə platformaları qurmaq və onları idarə etmək vəzifələrini də həyata keçirib.

 

Mərkəz faktiki fəaliyyətə başladığı 2019-cu ilin aprel ayının ikinci yarısından etibarən təsdiq olunmuş fəaliyyət planına uyğun olaraq ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatını əhatə edən, ölkə Prezidentinin həyata keçirdiyi islahatların gedişini təhlil edən müxtəlif sosioloji sorğu, analitik təhlil, siyasət, mövqe və arayış sənədləri hazırlayaraq ölkə rəhbərliyinə, aidiyyəti qurumlara və ictimaiyyətə təqdim edib.

 

Mərkəzin elmi-fəaliyyət planında ümumdövlət və ictimai əhəmiyyətli sosial məsələlər üstünlük təşkil edib. O cümlədən, iqtidar və cəmiyyət arasında mövcud olan etimad və dialoqun möhkəmləndirilməsi, dövlət quruculuğu işinə bütün cəmiyyətin fəal cəlb edilməsi, sosial-ictimai münasibətlərin aktual mövzularının tədqiqi yönündə mühüm addımlar atılıb.

 

Ötən üç illik müddətdə STM çoxvektorlu istiqamətlərdə data bazalar formalaşdıra bilib.

 

Mərkəz Azərbaycan Respublikasında sosial tədqiqat, təhlil və proqnozlaşdırma işi, habelə ictimai rəyin öyrənilməsi ilə bağlı siyasətin formalaşdırılmasında və həyata keçirilməsində yaxından iştirak edib. Yeni dövlət quruculuğu sahəsində ölkə prezidentinin başlatdığı tendensiya dalğasında özünün də yerini və rolunu müəyyənləşdirən Mərkəz açıq və qapalı arayışları, hesabatları və sorğu sənədləri ilə dövlət rəhbərliyinin diqqətini cəlb edə bilib, şəxsən ölkə rəhbəri cənab İlham Əliyev çıxışlarında dəfələrlə Mərkəzin hesabatlarına istinad edib.

 

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri deputat Zahid Orucdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım