Modern.az

Yol polisi sürücülərə xəbərdarlıq edib

Yol polisi sürücülərə xəbərdarlıq edib

10 Fevral 2022, 17:34

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi dayanma-durma qaydalarını pozan sürücülərə xəbərdarlıq edib.

 

Modern.az-ın məlumatına görə, İdarənin təbliğat üzrə inspektoru, polis leytenantı Rüstəm Əhmədli bildirib ki, paytaxt ərazisində DYP tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

 

Belə ki, növbəti tədbir paytaxtın Yasamal rayonunda keçirilib:

 

"Tədbirlər əsasən, dayanma-durma qaydalarını pozan sürücülərlə profilaktiki söhbətlər aparmaqdır. Sürücülərimizdən xahiş edirik ki, nəqliyyat vasitələrini təyin edilmiş yerlərdə, dayanma-durma qaydalarına riayət etməklə park etsinlər. Onlar avtobus zolaqlarında nəqliyyat vasitələrini qeyri-qanuni park edərək ictimai nəqliyyata maneçilik törətməsinlər. Sürücülər bilməlidirlər ki, nəqliyyat vasitələrinin düzgün qaydada park edilməməsi süni sıxlıqların yaranmasına, digər hərəkət iştirakçılarının vaxtında mənzil başına çatmasına maneəçilik törədir”.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?