Yaşayış yeri üzrə qeydiyyat uçotunun dəqiqliyi təmin edilir.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.
Bu hüquqi proseduru zəruri edən səbəblər hansılardır?
E.Hacıyevin sözlərinə görə, vətəndaş qeydiyyatı uçotunun dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndəliyi aradan qaldırmaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir:
"Hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərdə inzibati binalarda qeydiyyatda olan şəxslərlə bağlı digər dövlət qurumlarından polis orqanlarına sorğular daxil olduqda həmin şəxslərin tapılmasında çətinliyin yaranmasıdır".