Fevralın 13-də gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb.
ETSN-in Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-11° isti olacaq. Bakıda gecə 4-6° isti, gündüz 9-11° isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 14°-dək şaxta, gündüz 0-3° şaxta olacaq.
Tibbi-meteoroloji proqnoz:
Fevralın 13-də gün ərzində Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.