Modern.az

Tahir Kərimlinin sevgiyə ehtiyacı var...

Tahir Kərimlinin sevgiyə ehtiyacı var...

Aktual

17 Fevral 2022, 13:43

Xəbər verdiyimiz kimi, deputat Tahir Kərimlinin sosial şəbəkədə yayılan videosu müzakirələrə səbəb olub.

Əlində oyuncaqla kamera qarşısına keçən deputatın ölümlə hədələndiyini iddia etməsi və bu barədə emosional çıxışı birmənalı qarşılanmayıb. Hətta onun psixoloji durumunun qaydasında olmadığını iddia edənlər də var.

Bədən dili üzrə mütəxəssis Babək Bayramov deputat Tahir Kərimlinin məlum videodakı odlu-alovlu çıxışının görünməyən səbəbləri barədə Modern.az-a danışıb.

 

Mütəxəssis hesab edir ki, bu kimi hallar sevgiyə olan ehtiyacdan yaranır:

“Qorxu hissi yoxdur. Sadəcə haqq yolunda olduğunu və buna görə ölümlə hədələndiyini bildirir. Ölümlə hədələnməni xüsusilə qabartmaqla ictimaiyyətin diqqətini fəaliyyətinin çox önəmli və faydalı olduğuna çəkmək, beləliklə, özünü dəyərli hiss etmək istəyir.

Daha sonra milli-mənəvi dəyərlərlə öz şəxsiyyətini assosiasiya etməyə, yəni əlaqələndirməyə çalışır. Məqsəd ictimai nüfuzu gücləndirmək kimi görünür. Adətən bu kimi davranışlar sevgiyə olan ehtiyacdan yaranır”.

Qeyd edək ki, sosial şəbəkələrdə deputat Tahir Kərimlinin videosu yayılıb. Videogörüntülərdə əlində oyuncaq əjdaha tutan deputat onu ölümlə hədələyən şəxslərə səslənib:

 “Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq. Sən heç kimsən”. 

 

O, daha sonra əlindəki oyuncağı kənara qoyaraq sözlərinə davam edib:  “Mən təkcə 10 milyon deyiləm, qüdrətli dövlətlər qurmuş və gələcəkdə də qüdrətli dövlətlər quracaq 50 milyondan böyük bir millətin nümayəndəsiyəm". 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi