Modern.az

Kürdəmirdə 44 yaşlı kişini qatar vurdu

Kürdəmirdə 44 yaşlı kişini qatar vurdu

17 Fevral 2022, 14:16

Kürdəmirdə dəmir yolundan keçmək istəyən piyadanı qatar vurub.

 

Modern.az ”Report”a istinadən xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini, 44 yaşlı Azər Afin oğlu Babaşov dəmir yolundan keçmək istəyərkən onu qatar vurub.

 

Ağır xəsarət alan yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralının vəziyyəti ağır olduğundan həkim nəzarətinə götürülüb.

 

Fakt araşdırılır.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü