Braziliyanın Rio-de-Janeyro əyalətində baş verən daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 94-ə yüksəlib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rio-de-Janeyronun inzibati ərazi başçısı Klaudio Kastro açıqlama verib.
“Vəziyyət demək olar ki, müharibə xarakteri daşıyır. Dirəklərdən asılmış avtomobillər, aşmış avtomobillər, çoxlu palçıq və su hələ də durur”, - deyə o qeyd edib.
Bildirilir ki, 35 nəfər itkindən 24 nəfər xilas edilib.