Türkiyədə “Simvollar körpüsü” kimi tanınan “1915 Çanaqqala” körpüsü 26 fevral tarixində istifadəyə veriləcək.
Modern.az xəbər verir ki, Türkiyənin meqa layihələri arasında yer alan və təməli 18 mart 2017-ci ildə qoyulan körpünün açılışının fevralın 26-da Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən edilməsi planlaşdırılır.
Qeyd edək ki, Çanaqqala körpüsü mərkəzi hissəsinin uzunluğuna görə (2023 metr) dünyanın ən uzun körpüsüdür.