Modern.az

Azərbaycanda ədliyyə generalı vəfat edib

Azərbaycanda ədliyyə generalı vəfat edib

Aktual

20 Fevral 2022, 09:44

Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru, ehtiyatda olan ədliyyə generalı vəfat edib.

 

Modern.az-ın məlumatına görə, Hüseyn Muxtar oğlu Hüseynov uzun müddət davam edən xəstəlikdən sonra ötən gün dünyasını dəyişib.

 

H. Hüseynov bu gün dəfn ediləcək.

 

Qeyd edək ki, H. Hüseynov uzun müddət prokurorluq orqanlarında çalışıb. O, 1991-ci ildə Naxçıvanın prokuroru olub. H.Hüseynov eyni zamanda Yasamal, Səbail rayonlarında prokuror kimi fəaliyyət göstərib. Respublikanın Baş Prokurorluğunda bir sıra vəzifələrdə çalışıb. 2002-ci ildən ehtiyata buraxılıb.

 

Allah rəhmət eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi