Modern.az

İrina Zaretska qızıl medal qazandı

İrina Zaretska qızıl medal qazandı

20 Fevral 2022, 22:45

Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra şəhərində keçirilən Karate1 Premyer Liqa seriyası yarışında Azərbaycan karateçisi İrina Zaretska qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda İtaliya təmsilçisi Silvia Semeraronu məğlub edərək yarışın qalibi olub.

 

Komandamızın digər üzvləri Tural Ağalarzadə (67 kq) gümüş, Turqut Həsənov (84 kq) isə bürünc medal qazanıblar.

 

Qeyd edək ki, Azərbaycan komandası yarışda ümumilikdə 9 idmançı ilə təmsil olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI