Modern.az

“Azərsun Holdinq” daha bir ilkə imza atdı- FOTOLAR

“Azərsun Holdinq” daha bir ilkə imza atdı- FOTOLAR

15 Yanvar 2013, 17:05

İstanbulda keçiriləcək yarışmada Milli Kulinariya Mərkəzi “Bizim süfrə” mayonezi ilə təmsil olunacaq

Bu gün bir qrup KİV nümayəndəsi “Azərsun Holdinq” Şirkətlər Qrupuna məxsus Bakı Yağ Fabrikinin duru yağ, marqarin, mayonez istehsalı və qablaşdırılması sahələri ilə tanış olublar. Modern.az xəbər verir ki, İlk olaraq burada istehsal olunan “Bizim Süfrə” mayonezi haqqında mətbuat nümayəndələrinə geniş məlumat verilib. Şirkətin “AR-GE” heyətinin rəhbər nümayəndələri zavodda hazırlanan bu məhsulun ən yeni texnologiyalar vasitəsilə ərsəyə gəldiyini bildiriblər. Qeyd edilib ki, mayonez yerli bazar ilə yanaşı, qonşu və bir çox Avropa ölkələrinin bazarları üçün hazırlanır. ““Bizim Süfrə” mayonezi 2009-cu ildən istehsl olunur. Hal-hazırda digər illərə nisbətən bütün xammal dəyişilib. Sirkə turşusu və qatqıların hamısı yenidir. Bu mayonezlə hazırlanan salat sulanmır. Bu mayonez Gürcüstan bazarında əsas yeri tutur. Bu yaxınlarda “Zalatoy solnuşka” mayonezi 67 faizlə çıxacaq. Bu mayonez görünüş baxımından da daha yaxşı olacaq. Mayonez yüksək standartlara malik avadanlıqlar və gigiyena şəraitinə ciddi nəzarət olunan bir zavodda hazırlanmırsa, çox təhlükəli hallara səbəb ola bilər. Amma bizim zavodda bunların hər birinə ciddi surətdə nəzarət olunur. Bu məhsullar bizim zavodda ən son texnologiya vasitəsilə istehsal olunur”. “Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr və sosial xidmətlər departamentinin rəhbəri Afiq Səfərov bildirib ki, Azərbaycan bazarında son 20 ildə əziz istehlakçılarımıza təqdim olunan bütün məhsullarımızın dadına görə, bizim “AR-GE” heyətinə minnətdarıq. A. Səfərov “AR-GE” heyətinin apardığı dərin və çox təfərrüatlı araşdırmalar nəticəsində bu məhsullarının reseptlərinin müəyyənləşərək meydana çıxdığını deyib. “Bizim dəyərli həmkarlarımız təkcə 9 milyonluq Azərbaycanın deyil, bu məhsulların ixrac edildiyi bütün ölkələrin insanlarının ortaq ağız dadını müəyyənləşdirə bilirlər. Zavodlarımız bölgənin ən müasir laboratoriyaları və texniki avadanlıqları ilə təchiz olunub. Bizə hətta bəzi dövlət və qeyri-dövlət təşkilatlarından da təkliflər gəlir ki, onlar müəyyən məhsulların labarator analizlərini bizim laboratoriyalarda aparsınlar. Buranın laboratoriya əməkdaşları da tez-tez Avropada seminarlarda iştirak edirlər. Məhsullarımızın keyfiyyəti, mütəxəssislərimizin səviyyəsi, rəqiblərimizin qarşısında daha da üstündür, biz inamla və təkidlə öz məhsullarımızı istehlakçılarımıza təqdim edirik. Bu günə kimi elə bir məhsulumuz olmayıb ki, öz rəqibinin qarşısında ciddi sözünü deyə bilməsin. Hər zaman məhsullarımız rəqibdən böyük pay alıb”. A. Səfərov “Azərsun Holdinq” Şirkətlər Qrupuna məxsus məhsulların bazarda ciddi rəqabət apardığını deyib. Departament rəhbəri bazarda rəqabət apardıqları bir çox məhsulların, Ermənistanın ərzaq bazarına böyük töhfələr verdiyini deyib: “Bizim regionda embarqo qoyduğumuz Ermənistan dövləti var. Onunla heç bir məhsul ixracından söhbət gedə bilməz. Lakin rəqiblərimizin digər üstünlükləri də var. Bu gün bazarda bizimlə rəqabət aparan məhsulların bir çoxunun  Ermənistanın ərzaq təhlükəsizliyinə çox böyük töhfələri var. Müharibə şəraitində ərzaq təchizatı çox mühüm və strateji bir faktdır. Biz Ermənistan ordusunu ərzaqla təmin edən şirkətlərlə mübariz aparırıq. Bizə rəqib olan şirkətlər üçün “Azərsun Holdinq”in istehsal müəssisələri Azərbaycanda ordusunu ərzaqla təmin edən çox strateji müəssisələrdi. Bu strateji müəssisələrdə ərzağın təhlükəsizliyinin qorunması ilə yanaşı, buranın təhlükəsizliyinin qorunması da çox mühüm amillərdən biridir ki, buna görə də qida istehsal sahəsində dövrü nəzarət sistemimiz çox təkmil qurulub. Bütün konveyerlərdən çıxan hər bir məhsulun keyfiyyəti məhz laboratoriyalarda analiz olunduqdan sonra istehlakçılarımıza satışına icazə verilir”.

Daha sonra mətbuat nümayəndələrinin məhsulların istehsalat prosesi ilə tanış olublar. Burada istehsalatla bağlı suallar mütəxəssislər tərəfindən geniş şəkildə cavablandırılıb. İstehsal prosesi ilə əyani şəkildə tanış olan KİV təmsilçilər burada yağ doldurma, mayonez və marqarin qablaşdırma sahələrində son dərəcə müasir avadanlıqlarla aparılan avtomatlaşdırılmış iş prosesini müşahidə ediblər. Həmçinin KİV nümayəndələri “Bizim süfrə” mayonezindən hazırlanan salatın dadına baxıblar və bəyəniblər. Bildirildi ki, “Bizim süfrə” “Azərsun Holdinq” Şirkətlər Qrupunun istehsal etdiyi məhsuldur. Məlum olduğu kimi hər xalq öz kulinariya mədəniyyəti ilə fərqlənir. Milli Kulinariya Mərkəzi bu yaxınlada İstanbulda keçiriləcək yarışmada “Bizim süfrə” mayonezi ilə təmsil olunacaq.

 

 

 

 

 

 

  Anar Kəlbiyev 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?