Modern.az

Şəhid polkovnikin "Son nida"sı - VİDEO

Şəhid polkovnikin

Aktual

21 Fevral 2022, 20:14

Bu gün Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Rasim Abdullayevin doğum günü münasibətilə Abşeron rayonunda anım mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, əvvəlcə şəhidin adına inşa olunmuş bulağın açılışı olub.

 

Bulağın açılışında Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov, Abşeron və Kəlbəcər rayon İcra Hakimiyyətlərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, qazilər və şəhidin ailə üzvləri iştirak edib.

 

Daha sonra Abşeron rayon Heydər Əliyev Mərkəzində şəhid Rasim Abdullayevin şeirlərindən ibarət "Son Nida" kitabının təqdimatı keçirilib.

 

Təqdimat mərasimində Kəlbəcərin deputatı çıxış edərək, şəhidimizin keçdiyi qəhrəmanlıq yolundan söz açıb: "Doğum günü ərəfəsində kitabın ərsəyə gəlməsi şəhid ailəsi üçün mənəvi dayaqdır".

 

Şəhidin bacısı Yeganə Abdullayeva isə deyib ki, Rasim Abdullayev bu günü görməsə belə, onun ruhu şaddır.

 

Daha sonra kitabın redaktoru, jurnalist Aqil Camal şəhidimizlə bağlı xatirələrindən danışaraq bildirib ki, Rasim Abdullayev daha çox hərbi həkim kimi tanınsa da, onun öz şeir dünyası olub.

 

Tədbirin sonunda "Son Nida" kitabı iştirakçılara təqdim olunub.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi