Modern.az

Qara Qareyev \"İdman ustası\" oldu

Qara Qareyev \

22 Fevral 2022, 16:57

“Qarabağ” futbol klubunun oyunçusu Qara Qarayevə “İdman ustası” dərəcəsi təqdim edilib. 

 

Moderen.az xəbər verir ki, idman dərəcəsinə layiq görülən futbolçuya “İdman ustası” vəsiqəsini gənclər və idman nazirinin müavini Mariana Vasilyeva, müvafiq döş nişanını isə nazirliyin idman şöbəsinin müdiri Elnur Məmmədov verib.

 

Bu dərəcəyə layiq görüldüyü üçün minnətdarlığını bildirən Qara Qarayev nazir müavininə öz adı yazılmış futbolçu köynəyini hədiyyə edib. 

 

Təqdimatda iştirak edən komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşən Mariana Vasilyeva “Marsel”lə oyunda “Qarabağ”a uğurlar arzulayıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi