Modern.az

\"Qarabağ\"- \"Marsel\" oyununun tamaşaçılarına SÜRPRİZ

\

23 Fevral 2022, 17:02

UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində sabah keçiriləcək “Qarabağ” – “Marsel” oyununa gələcək azarkeşləri sürpriz gözləyir.

Modern.az xəbər verir ki, tanınmış müğənnilər Abbas Bağırov, Samirə Əfəndi və Samir Cəfərovun iştirakı ilə konsert proqramı təşkil olunacaq.

 

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Komandalar arasında Fransada oynanılan ilk matç "Marsel"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi