Modern.az

Ukraynada banklardan xarici valyuta çəkilməsi qadağan edildi

Ukraynada banklardan xarici valyuta çəkilməsi qadağan edildi

24 Fevral 2022, 15:06

Rusiyanın Donbassdakı əməliyyatından sonra Ukraynada banklardan xarici valyutanın çıxarılması qadağan olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Mərkəzi Bankının prezidenti Kyrylo Szewczenko açıqlama verib.

 

Onun sözlərinə görə, gündəlik valyuta çıxarma limiti 100 min qrivna (red: təxminən 5865 manat) olaraq müəyyən edilib.

 

Buna səbəb kütləvi şəkildə insanların bankomatların önünə yığılması və banklara axın etməsidir. 

 

Ukrayna Mərkəzi Bankının prezidenti xarici valyutada nağd pul çıxarılmasının tamamilə qadağan edildiyini, bankların ölkənin hər yerində açıq olduğunu, bank sisteminin normal fəaliyyətini davam etdirdiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi