Cüdo üzrə ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Darya Beloded rusları öz prezidentlərinə etiraz etmək üçün küçələrə çıxmağa çağırıb:
“Bizimkilər də, sizinkilər də öləcək”,-deyə Darya Beloded çağırışında bildirib.
Modern.az xəbər verir ki, Ukraynanın məşhur cüdoçusu, 21 yaşlı kiyevli Darya Beloded çağırışını həm rus, həm də ingilis dilində yayıb.
“- Ruslar, xahiş edirəm!
- Küçələrə çıxın!
- Ukraynaya kömək edin!
- Müharibəni dayandırın!
- Zəhmət olmasa!
- Hamımıza sülh lazımdır!
- Bizim və sizin xalqınız öləcək!
- Biz indi hərəkət etməliyik”, - Darya Beloded bəyan edib.
İnstaqram-da 501 min izləyicisi olan Darya Beloded ingiliscə paylaşımında bildirib:
"Xaricdəki bütün dostlarıma… Rusiya Ukraynaya qarşı rəsmən müharibəyə başlayıb. Söhbət təkcə Rusiya xəbərlərində deyildiyi kimi Şərqi Ukraynadan getmir. Rusiya Hərbi Hava Qüvvələri bütün Ukrayna ərazisində hərbi obyektlərə və aerodromlara hücum edib. Kiyevə hücum edilib", - cüdo üzrə dünya çempionu deyib.
Cüdoçu paylaşımına “Rusiya təcavüzünü dayandırın” və “Ukrayna ilə birlikdə” həştəqləri əlavə edib.