Rusiyada son sutka ərzində 123 460 nəfər koronavirusa yoluxub.
Modern.az xəbər verir ki, 15 minə yaxın şəxs isə xəstəxanaya yerləşdirilib.
Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 16.05 milyonu ötüb. Son sutkada 787 nəfər həyatını itirib.
Bir gün əvvəl ölənlərin sayı 762 nəfər idi.
Rusiyada bu günədək koronavirusdan ölənlərin sayı 349 365 nəfərə çatıb.