Arxiv
21 Fevral 2022, 09:01 |
Fransalı deputat ermənilərin Xocalı ilə bağlı yalanlarını ifşa etdi - EKSKLÜZİV
Fransalı deputat ermənilərin Xocalı ilə bağlı yalanlarını ifşa etdi - EKSKLÜZİV

“Xocalı hadisələri Azərbaycanın tarixində silinməz faciə olaraq qalır”.

 

Bunu Modern.az-a eksklüziv açıqlamasında Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber bildirib.

 

Onun sözlərinə görə, 30 il öncə Xocalı şəhərində baş vermiş cinayət insanlığa qarşı törədilmiş qətliamdır.

 

Fransız deputat, həmçinin bildirib ki, artıq Avropada erməni lobbisinin yaratdığı saxta mənzərədən əsər-əlamət qalmayıb.

 

“Əslində iki il bundan əvvələ qədər Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi qırğın Avropanın diqqətində deyildi. Amma Azərbaycanın qələbəsindən sonra Avropa iki ölkə arasında münaqişələri, tarixi araşdırmağa başlayıb. 1992-ci il fevralın 26-da Xocalıda törədilən qırğın Qərbi Avropada əhaliyə məlum deyildi. Ümumiyyətlə, Ermənistanla Azərbaycan arasındakı münaqişənin tarixi Avropa əhalisi tərəfindən diqqətdən kənarda qalırdı. Neçə illər ərzində Avropa əhalisinə erməni diasporunun beyinlərə yeritdiyi saxta məlumatlar verilib. Ermənipərəst lobbinin başlatdığı təbliğat erməni qoşunlarının törətdiyi cinayətlərin bütün izlərini silmək məqsədi daşıyırdı. Bunun üçün erməni lobbisi milyonlarla vəsait xərcləyib”, - Jerom Lamber Fransadakı erməni diasporunu ifşa edib.

 

Fransız deputat qeyd edib ki, Xocalı faciəsi və eləcə də Azərbaycanla bağlı həqiqətlər Avropa əhalisinə erməni lobbisi tərəfindən təhrif olunmuş formada çatdırılıb:

 

“Düzünü desəm, mən özüm də həqiqətləri, soyqrımı haqqında gec öyrənmişəm. Mən öz növbəmdə münaqişənin tarixini yalnız Fransa ilə Azərbaycan arasında əlaqələrlə maraqlanandan sonra öyrənə bildim. Sonradan mənə məlum oldu ki, Azərbaycan həqiqətləri erməni lobbisi tərəfindən gizlədilib və ya maskalanıb. Azərbaycanın qanlı faciəsi bizə Fransanın tarixini xatırladır. Bu soyqırımı 1944-cü ildə Fransanın Oradour-sur-Glane şəhərində kəndlilərin yaşadığı dramın bir növ təkrarıdır.

 

10 iyun 1944-cü ildə “SS Das Reich” diviziyası 643 kəndlinin qırğınına səbəb olub və bu, Fransanın qan yaddaşına çevrildi. Ona görə də mən başa düşürəm ki, Xocalı qətliamı Azərbaycan tarixində silinməz faciə olaraq qalır. Bu gün Xocalı faciəsi haqqında həqiqətləri Fransada çatdırmağa çalışırıq. Nitsa şəhərində Xocalı soyqırımı ilə bağlı tədbir təşkil olunacaq. Tədbirdə Azərbaycanlı dostlarla birgə dinc əhaliyə qarşı törədilmiş faciənin qurbanlarını anacağıq. Təbii ki, mən özüm də orada olacağam”.

 

Qeyd edək ki, emənilərin Xocalı şəhərində törətdiyi soyqırımından 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə qarşı soyqırımı törədib.

 

Xocalı soyqırımı ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş ən böyük vəhşilikdir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

 

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Ortaq Dəyərlər" İctimai Birliyinin həyata keçirdiyi "Xocalı soyqırımı Türk dünyasının ortaq faciəsi" kimi" layihəsi çərçivəsində dərc olunur.

 

Gülşən Qasımova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
Ermənistanda xaos - Onlar VƏZİFƏDƏN GEDİR
Səfərbərlikdən sonra 700 min nəfər Rusiyanı tərk edib 01:00, Bu gün Bakıda piyadanı 3 maşın vurub öldürdü 00:34, Bu gün Üçtərəfli telefon danışığının DETALLARI – Bu məsələdə razılaşdılar 00:20, Bu gün Yermakdan Türkiyə açıqlaması: “Səbirsizliklə gözləyirik” 00:15, Bu gün Ukrayna ordusu böyük irəliləyiş əldə edib - Zelenski 00:11, Bu gün Bayden Ukraynaya yeni hərbi yardım ayırdı 00:08, Bu gün Qrossi Moskva və Kiyevə səfər edəcək  4 Oktyabr 2022, 23:55 Mehriban Əliyeva Ağdamdan paylaşım etdi  4 Oktyabr 2022, 23:46 Blinken, Bayramov və Mirzoyan sülh müqaviləsindən danışdılar 4 Oktyabr 2022, 23:34 “Bizim adımızdan azərbaycanlı qardaşlarımız danışır- Şentop 4 Oktyabr 2022, 23:22 İlham Əliyev və birinci xanımın Ağdam səfərindən FOTOLAR 4 Oktyabr 2022, 23:20 Sahibə Qafarova İndoneziyada səfərdədir 4 Oktyabr 2022, 23:01 Paşinyan əsirlərin qaytarılmasına görə ABŞ-a təşəkkür etdi 4 Oktyabr 2022, 22:47 Nağıqızı poeziyasında obrazlılığın fonetik səviyyədə təzahürü 4 Oktyabr 2022, 22:36 Boksçularımız Avropada 5 medal qazandı  4 Oktyabr 2022, 22:22 Azərbaycanlı qadın Türkiyədə intihar edib - FOTO 4 Oktyabr 2022, 22:20 Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak olub 4 Oktyabr 2022, 22:15 Bayden Zelenski ilə danışdı: İlhaqı tanımırıq 4 Oktyabr 2022, 22:02 Binəli Yıldırım koronavirusa yoluxdu  4 Oktyabr 2022, 21:56 Qazaxıstan səfiri Rusiya XİN-ə çağırıldı 4 Oktyabr 2022, 21:30 Ermənistana təhvil verilən hərbçilərin ADLARI 4 Oktyabr 2022, 21:18 Prezidentlə xanımı Sarıcalı kəndinin təməlini qoydular - YENİLƏNİB 4 Oktyabr 2022, 21:16 Putin Tacikistan liderini təltif etdi  4 Oktyabr 2022, 21:12 Ağdamda Dəmir yolu və Avtovağzal Kompleksi TİKİLİR 4 Oktyabr 2022, 21:00 AZAL Səmərqəndə uçuşlara başlayır  4 Oktyabr 2022, 20:56 Leyla Abdullayevadan Edilli ilə bağlı PAYLAŞIM  4 Oktyabr 2022, 20:44 Ağdamda yeni yaşayış məhəlləsinin təməli qoyuldu - YENİLƏNİB 4 Oktyabr 2022, 20:33 Prezident və xanımı Pənahəli xanın sarayında - FOTOLAR 4 Oktyabr 2022, 20:19 Ağdamda Natəvanın abidəsinin açılışı olub - YENİLƏNİB  4 Oktyabr 2022, 20:16 "Qoyun cəsədi üzərində eksperiment aparılıb" - Nərmin işi 4 Oktyabr 2022, 20:01 Azərbaycan və Türkiyə xüsusi təyinatlıları birgə təlimə BAŞLADI 4 Oktyabr 2022, 19:50 Ağdamda mehmanxana tikilir - YENİLƏNİB 4 Oktyabr 2022, 19:43 Finlandiyada Leninin sonuncu heykəli söküldü  4 Oktyabr 2022, 19:38 Ağdamın yol və kommunikasiya şəbəkəsinin təməli qoyuldu  4 Oktyabr 2022, 19:25 Edillidə aşkarlanan kütləvi məzarlıqla bağlı cinayət işi açıldı 4 Oktyabr 2022, 19:20 Deputat Jalə Əhmədovanın ailəsində ağır itki 4 Oktyabr 2022, 19:15 Hulusi Akar Azərbaycanda təltif olundu 4 Oktyabr 2022, 19:03 “Azercell Tələbə Təqaüdü 2023” proqramını elan edir 4 Oktyabr 2022, 18:57 Mətbuat Şurasının yeni strukturu formalaşdırıldı 4 Oktyabr 2022, 18:50