Modern.az

Ötən ay narkotiklə bağlı 969 fakt aşkarlanıb

Ötən ay narkotiklə bağlı 969 fakt aşkarlanıb

25 Fevral 2022, 16:49

Сari ilin yanvar ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 969 cinayət faktı aşkarlanıb.

 

Bu barədə Modern.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

 

Bildirilib ki, onlardan 342-si narkotik vasitələrin qanunsuz satışı, 618-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 5-i qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 4-ü isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi