Modern.az

SOCAR Ukraynada benzini pulsuz verəcək

SOCAR Ukraynada benzini pulsuz verəcək

26 Fevral 2022, 22:36

"SOCAR Energy Ukraine" təcili tibbi yardım və yanğınsöndürən avtomobillərinə pulsuz yanacaq verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidentinin müavini İbrahim Əhmədov "Facebook" səhifəsində yazıb.

 

"Ukraynada fəaliyyət göstərən "SOCAR Energy Ukraine" şirkəti, humanizm prinsiplərini rəhbər tutaraq, təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq ilə dəstək verəcək", - paylaşımda deyilir.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI