Bu gün dünyada Beynəlxalq Qütb Ayısı Günü (İnternational Polar Bear Day) qeyd olunur.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu günün qeyd olunmasının əsas məqsədi qlobal istilik və iqlim dəyişiklərilə əlaqədar nəsli tükənməkdə olan ağ ayılar haqqında ictimaiyyətin məlumatını artırmaq və bu heyvanların qorunmasının vacibliyini vurğulamaqdır.
Həmin gün ənənəvi olaraq təbiətin müdafiəsi ilə məşğul olan ekologiya təşkilatları tərəfindən müxtəlif aksiyalar və maarifləndirici tədbirlər həyata keçirilir.
Qütb ayılarının məhvolma təhlükəsinin əsas səbəbləri qütb buzlaqlarının əriməsi və ətraf mühiti çirkləndirən neft quyularının işlənməsidir.
Son illər əldə olunan məlumatlar sübut edir ki, Qütb ayısı təqribən 5 milyon il əvvəl təkamülə başlayıb. Onun əcdadı qonur ayı olub. Lakin ağ ayı qonur ayıdan fərqli olaraq uzaq Şimalda dəniz buzları arasında yaşamağa uyğunlaşıb.