Modern.az

“Belə gündə bundan böyük hədiyyə ola bilməz” -  Eldar Mansurov

“Belə gündə bundan böyük hədiyyə ola bilməz” -  Eldar Mansurov

Aktual

28 Fevral 2022, 15:22

Bu gün Azərbaycanın Xalq artisti Eldar Mansurovun doğum günüdür. Musiqiçi ailəsində dünyaya göz açan məşhur bəstəkarın 70 yaşı tamam olur. O, bu münasibətlə Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub.

 

Bəstəkar təltif olunması ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.

 

Eldar Mansurov dövlət başçısına təşəkkürünü bildirib:

 

“Təltif olunmağımla bağlı mənə zəng elədilər. Daha sonra özüm saytlarda oxudum. Çox minnətdaram ki, cənab Prezident yaradıcılığıma bu cür qiymət verib. Dövlət başçısına təşəkkürümü bildirirəm. Belə bir gündə bundan böyük hədiyyə ola bilməz. Aldığım hədiyyələr həmişə dəyərli olub, ancaq təltif olunmaq başqa hisdir.  Azərbaycan xalqına da öz təşəkkürümü bildirirəm, məni də ,sənətimi də sevib, daim dəyər veriblər. Doğum günlərimi isə hər zaman ailəmlə birlikdə qeyd etmişəm. Bu dəfə də belə olacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi